Yaşıl dizayn
Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli tam orta məktəbdə fəaliyyət
göstyərən “Ekoerudit” ekoklub üzvlərinin iştirakı ilə “Ekoloji yönümlü və enerji
effektli məktəblərin yaşıl şəbəkəsi” maarifləndirmə proqramı üzrə “Yaşıl dizayn”
tədbiri keçirilib. Şagirdlər otaq bitkilərinin bioloji müxtəlifliyi, bioekoloji
xüsusiyyətləri, sağlamlığa təsiri və əhəmiyyəti barədə məlumatlandırılıblar.
Məktəbin sinif otaqlarında və foyelərində saxlanılan otaq bitkiləri qeydiyyata
alınaraq bitkilərə düzgün qulluq qaydaları öyrənilib. Plastik tullantıların
azaldılması və təkrar istifadəsi məqsədilə gənc ekoloqların təşəbbüsü ilə plastik su
qablarından otaq bitkiləri üçün xüsusi dibçəklər hazırlanıb. Plastik dibçəklərdə
müxtəlif otaq bitkiləri qələm və kiçik pöhrələr vasitəsilə artırılaraq sinifdə yaşıl
guşə yaradılıb. Yaşıl guşənin sağlamlıq üçün əhəmiyyətini nəzərə alaraq bu işi
davam etdirmək nəzərdə tutulub. Gənc ekoloqlar insan orqanizminə zərərli
maddələrin 80%-nin plastik tullantılardan daxil olduğunu, plastik məhsulların
torpaqda parçalanması üçün 800 il, dənizdə isə 400 il vaxt lazım olduğunu qeyd
ediblər. Ekoklub üzvləri ətraf mühiti plastik tulantılardan qorumaq üçün müxtəlif
yaradıcılıq işlərində təkrar istifadəsini təklif ediblər.