“Azərbaycan Xalq Cümhuriyyətinin 100- illik yubileyi”nə həsr olunmuş kitab sərgisi.

24 aprel tarixində Xətai rayonu MKS –in S.Vurğun adına Mərkəzi Kitabxanasının biblioqrafi Roza Tahirovanın iştirakı ilə məktəbdə “ Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyi”nə həsr olunmuş kitab sərgisi təşkil edildi.Sərgidə Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəşr olunmuş kitablar barədə şagirdlərə məlumat verildi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi , onun fəaliyyəti , Məmməd Əmin Rəsulzadə və silahdaşları haqqında ətraflı söhbət açıldı.Yayımlanan sərgidə nümayiş etdirilən foto –şəkillər ,qəzet materialları böyük marağa səbəb oldu. AXC – nin 100- illik yubileyi ərəfəsində təşkil olumuş bu tədbir hamı tərəfindən maraqla qarşılandı.