MƏKTƏBİN 8Ç SİNİF ŞAGİRDLƏRİ İLƏ “UŞAQLARIN ZƏRƏRLİ İNFORMASİYALARDAN QORUNMA ÜSULLARI” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏLİM KEÇİRİLDİ

17 nömrəli tam orta məktəbdə,,Uşaqların zərərli informasiyalardan qorunma üsulları”mövzusunda məktəbin həkimi Xədicə Dosuyeva tərəfindən 8,,Ç” sinif şagirdlərinin iştirakı ilə maarifləndirici təlim təşkil edildi.Təlimdə çıxış edən Xədicə həkim şagirdlərə təhlükəsiz sosial şəbəkələrdən istifadə qaydaları və sosial şəbəkələrdən necə faydalanmaq olar mövzusunda ətraflı məlumat verdi.Qarşılıqlı diskussiya şəraitində keçən təlimdə şagirdləri maraqlandıran suallara cavab verildi və fikir mübadiləsi aparıldı.Sonda xüsusi maarifləndirici videoçarx nümayiş olundu.