,,GƏNC TƏBİYƏTÇİLƏR VƏ GƏNC BİOLOQLAR” DƏRNƏYİNİN ÜZVLƏRİ MƏKTƏBYANI SAHƏDƏ BOSTAN VƏ DİBÇƏK GÜLLƏRİ ƏKDİLƏR

    27 mayda 17 nömrəli tam orta məktəbdə BŞTİ-nin 14.05.25-ci il tarixli F-276 əmirinə əsasən"Suverən dövlətin ekoloji dəyərləri"adlı yaşıl layihənin keçirilməsi ilə bağlı şagirdlərin ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması,istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması,müəllim-şagird əməkdaşlığının inkişafı,ətraf mühitin və ekologiyanın mühafizəsi və qlobal problemlərin həllinə dəstək məqsədilə məktəbin VI və VII sinif şagirdlərinin iştirakı ilə,,Gənc təbiyətçilər və Gənc bioloqlar”dərnəyi üzvləri yaşıllaşdırma işi həyata keçirmişlər.Dərnək rəhbərləri Könül Səfərova və Gülxarə Mehdiyevanın rəhbərliyi ilə dərnək üzvləri məktəbyanı sahədə açıq havada təmizlik işləri gördülər, güllər və ağac kollarına qulluq etdilər sonra, məktəb bostanının yerini müəyyənləşdirərək əkin üçün hazırlayaraq bostanda tərəvəz bitkiləri,dibçək gülləri əkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi