Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəb 1979 - cu ildən fəaliyyət göstərir. Açıldığı ilk 10 il ərzində sırf rus bölməsi kimi fəaliyyətə başlayan məktəbdə 1990 - cı ildən Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hal –hazirda məktəbdə həm azərbaycan , həm də rus bölmələri fəaliyyət göstərir. Azərbaycan bölməsində 34 sinifdə 830, rus bölməsində 36 sinifdə 950 şagird təhsil alır. Məktəb son illərdə öz göstəricilərinə görə digər məktəblər arasında xeyli fərqlənmişdir. Belə ki, öz göstəricilərinə görə məktəb 2013 - cü ildə buraxılış imtahanlarındakı göstərdiyi nəticələrə uyğun ilk 50 məktəb , 2014 - cü ilin nəticələrinə görə ilk 30 məktəb sırasına daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu reytinq cədvəlində Təhsil Nazirliyinin tabeliyində olan məktəblər , liseylər, gimnaziyalar da olmuşdur. Məktəbimiz Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə əmələ gəlmiş sıxlığı azaltmaq məqsədi ilə 2005 - ci ildə 480 yerlik ikinci tədris korpusu istifadəyə verilmişdir.2013 cü ildə məktəbin əsas korpusu əsaslı təmir olunmuşdur. 2014/2015-ci tədris ilində ali məktəblərə qəbul zamanı əldə olunan yüksək nəticəyə görə Xətai rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məktəbimiz “Fəxri fərman” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəbimiz pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir. Həmin əmrə müvafiq olaraq 2015-2016-cı tədris ilindən başlayaraq məktəbin 10 və 11 -ci siniflərində texniki fənnlər təmayüllü, riyaziyyat-iqtisadiyyat təmayüllü və humanitar təmayüllü pilot siniflər fəaliyyət göstərir. 2016-2017-ci tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbimizdə həm Azərbaycan həm də Rus bölməsi üzrə məkəbəhazırlıq qrupu fəaliyyət göstərir. 2015-2016-cı tədris ilini XI sinif şagirdlərindən 6 nəfər fərqlənmə attestatı ilə bitirmişdi, qəbul imtahanlarında 6 nəfər 600 baldan yüksək bal toplayaraq, məktəbin ali məktəblərə qəbul faizi 73% olmuşdur.
2016-2017-ci tədris ilini XI sinif şagirdlərindən 6 nəfər fərqlənmə attestatı ilə bitirmişdi. Məzunlardan 3 nəfər 600 baldan,3 nəfər 650 baldan yüksək bal toplamışdır.Məzunlarımızın ali məktəblərə qəbul faizi 89,5% olmuşdur.
2017-2018-ci tədris ilini XI sinif şagirdlərindən 3 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.Məzunlarımızdan 1 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında 650 - baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 95% olmuşdur.
2018-2019-cu tədris ilini XI sinif şagirdlərindən 5 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.Məzunularımızdan 3nəfər 600 baldan,1 nəfər 650 baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 80,2% olmuşdur.
2019-2020-ci tədris ilini XI sinif şagirdlərindən 9 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.Məzunularımızdan 5nəfər 600 baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 86% olmuşdur.
2020-2021-ci tədris ilini XI sinif şagirdlərindən 5 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.Məzunularımızdan 3 nəfər 600 baldan,1 nəfər 650 baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 85% olmuşdur.
2021-2022-ci tədris ilini XI sinif şagirdlərindən 11 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.Məzunularımızdan 2 nəfər 600 baldan,1 nəfər 650 baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 91% olmuşdur.
2022-2023-ci tədris ilini XI sinif şagirdlərindən 11 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.1nəfər gümüş medal və gümüş attestat almışdır.Məzunularımızdan 2 nəfər 600 baldan,1 nəfər 650 baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 93% olmuşdur.
2023-2024-ci tədris ilini XI sinif şagirdlərindən 13 nəfər fərqlənmə attestatı ilə bitirmişdi.Məzunularımızdan 7 nəfər 600 baldan,1 nəfər 650 baldan yüksək bal toplamışdır və məktəbin ali məktəblərə qəbul faizi 79% olmuşdur.
Məktəbdə hal-hazırda təhsil alan 2591 şagirdin təlim–tərbiyəsi ilə 138 müəllim məşğul olur.Şagird müəllim nisbəti məktəb üzrə 18,8 təşkil edir. İl ərzində məktəbdə bütün fənnlər üzrə açıq dərslər təşkil olunur,dəyirmi masalar keçirilir.Milli kurrikkulumun öyrənilməsi və tətbiqi il boyu diqqət mərkəzində saxlanılır.Məktəbin müəllimlərinin silsilə açıq dərsləri keçirilir,dərslərdə müasir texnologiyaya üstünlük verilir.