165 NÖMRƏLİ MƏKTƏBDƏ KİÇİK AKADEMİYANIN XƏTAİ RAYONU ÜZRƏ V KONFRANSI KEÇİRİLMİŞDİR

23.03.2025-ci il tarixində 165 nömrəli məktəbdə Kiçik Akademiyanın Xətai rayonu üzrə 5-ci konfransı keçirilmişdir. Məktəbimizi bu mötəbər görüşdə Kiçik Akademiyanın rəhbəri Məmmədova Fatimə müəllim və 8 “ç” sinif şagirdi Məmmədova Sahibə təmsil etmişlər. Sahibə " Süni fotosintez- ekoloji yanacağın və təmiz havanın açarı" mövzusunda təqdimatla maraqlı çıxış etmişdir.
Mövzu süni fotosintez, təbiətdəki real fotosintez prosesini texnoloji üsullarla təqlid edərək, günəş işığını istifadə edib sudan hidrogen qazı və atmosferdəki karbon qazından karbohidrogenlər (yanacaq) istehsal edən bir texnologiya ilə bağlı olmuşdur. Bu proses nəticəsində həm ekoloji cəhətdən təmiz yanacaq əldə edilir, həm də karbon qazı azalaraq havanın təmizlənməsinə töhfə verilir. Ənənəvi fosil yanacaqlardan fərqli olaraq, süni fotosintez iqlim dəyişikliyinin qarşısını almaqda mühüm rol oynaya bilər. Gələcəkdə bu texnologiya enerji ehtiyaclarını qarşılamaqla yanaşı, ətraf mühitin qorunmasına da böyük töhfə verə bilər.