QARABAĞ UNİVESİTETİ ƏMƏKDAŞLARI İLƏ MƏKTƏBLƏRDƏ BURAXILIŞ İMTAHANLARINDAN YÜKSƏK BAL TOPLAYAN MƏZUNLARIN GÖRÜŞÜ KEÇİRİLDİ

   21 mayda 2024-2025-ci  tədris ilində buraxılış imtahanlarından 250-dən çox bal toplayan məzunlarla 245 nömrəli tam orta məktəbdə ,,Qarabağ Universiteti”əməkdaşlarının görüş təşkil edildi.Görüşün əsas məqsədi məzunları bu ali məktəblə,onun elmi-texniki bazası ilə yaxından tanış etmək idi.Tədbirdə çıxış edən univerisitet əməkdaşları məzunlarının gələcəkdə düzgün peşə seçmələri və ali hər məktəbdə yaradılmış şərait haqqında geniş məlumat verdilər.Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı.

   Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb.Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir.Xankəndi şəhərində yerləşən Universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub.20 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyev universitetin təmirdən sonra açılışında iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşüb.23 sentyabr 2024-cü il tarixindən etibarən isə Qarabağ Universiteti 1154 tələbə, 6 fakültə, 27 ixtisas ilə ilk tədris ilinə başlayıb.Qeyd edək ki, Qarabağ Universiteti 1969-cu ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi