MƏKTƏBİN KİTABXANASINDA 28 MAY - MÜSTƏQİLLİK GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

27 mayda,,Müstəqillik Günü”nə həsr olunmuş tədbir 8,,E”sinif şagirdlərinin iştirakı ilə kitabxana müdiri Sevil Qurbanova tərəfindən təşkil edildi.Tədbirdə ilk öncə Sevil Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi,qurucuları haqqında geniş məlumat verdi.Burada ilk demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar,maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapmışdır,cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında məlumat verilmişdir.Materiallarda Ümummillli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti,tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər yer almışdır.Sonra şagirdlər hazırladıqları rəsm və divar qəzetlərini nümayiş etdirərək,şeirlər söylədilər.