,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ YEKUN DƏRSLƏR KEÇİRİLDİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 17.04.2025-ci il 3-29-59/3-2-192F №li ,,Ailəm və məktəbim”layihəsi məktubuna əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların ailə-məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində,qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafında böyük rol oynayan amillərdəndir.Beləki,15 mayda məktəbin 1,,C” sinif müəllimi Samirə Xəlilovanın təşkilatçılığı ilə keçirilən master klass dərsdə şagirdlər və onların valideynləri iştirak etdilər.Dərs zamanı müxtəlif peşə sahiblərindən olan valideynlər I sinif şagirdləri ilə birlikdə əl işləri hazırladılar.Şagirdlər dərs fəaliyyətlərini öz valideynləri ilə birlikdə həyata keçirməklərindən zövq aldılar. Dərsdə məktəbin TT işləri üzrə direktor müavinləri Elmira və Lyudmila müəllimlərdə iştirak edirdilər.Sonda valideynlər həftə ərzində keçirilən tədbirlər haqqında çıxış edərək öz ürək sözlərini və minnətdarlıqlarını bildirdilər.