“ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK”!MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SƏRGİ TƏŞKİL EDİLDİ

,,2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi və,,Narkotik vasitələrin,psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər” haqqında 17 nömrəli tam otra məktəbin 8,,A”,8,,B“,8,,C” və 8,,Ç” sinif şagirdləri tərəfindən hazırlanmış prezentasiyalar,plakatlar,divar qəzetləri və referatlar ”Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici sərgisi təşkil edildi.
Zərərli vərdişlərdən olan,,Tütün”,,,Alkoqol”və,,Narkotik”vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barəsində məlumatlar hazırlanmış prezentasiya,plakatlar və referatlar şagirdlər tərəfindən çox maraqla qarşılandı.Bu zərərli vərdiş müasir cəmiyyətdə yeniyetmə və gənclər arasında ən çox rastlanan və müzakirə edilən problemlərdən biri hesab edilir.Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzi keçirmək tövsiyə edildi.