"20 Yanvar şərəf və qürur günümüzdür" mövzusunda dəyirmi masa keçirildi

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 27 – ci ildönümü münasibətilə dəyirmi masa təşkil olundu. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladıqdan sonra vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər 20 Yanvar faciəsi haqqında topladıqları geniş məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Onlar öz çıxışlarında anlı-şanlı tariximizə Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə salnaməsi, qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990 - cı ilin 20 yanvar faciəsi haqqında danışdılar. Qeyd etdilər ki, keçmiş SSRİ-nin rəhbərliyi altında Bakıya olan təcavüz öz qandonduran vəhşiliyi və qəddarlığı ilə tarixə düşdü. Həmin faciədə Azərbaycan xalqı həmrəy olaraq zirehli texnikanın qarşısına yalın əllərlə çıxmışdılar. Amma buna baxmayaraq Azərbaycan xalqını məğlub edə bilmədilər, çünki o məğrurdur, məğlubedilməzdir. Bizim xalqımız müstəqilliyə can atırdı və buna öz mübarizliyi əyilməzliyi ilə nail oldu. Çıxış edən şagirdlərimiz milli azadlıq yolunda canlarından keçən Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildirdilər.Vurğuladılar ki, Vətən və millətimizin azadlığı uğrunda qurban gedən qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək hər bir gəncin mənəvi borcudur.Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, Uşaq Birliyinin rəhbəri Abasova Zülfünaz çıxış edərək, ürək ağrısı ilə tarix boyu xalqımızın başına açılan müsibətlərdən, 20 yanvar hadisələrində həlak olanlardan danışaraq və onların içərisində gənclərin çoxluq təşkil etdiyini bildirdilər və qeyd etdilər ki, biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını uca tutmalıyıq. Allahdan bütün şəhidlərimizin ruhuna rəhmət diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi