Bayrağımız qürur mənbəyimizdir

08. 11. 2016-ci il tarixində məktəbimizin akt zalında "Bayraq günü" nə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon icra Hakimiyyətinin məsul əməkdaşları, Pirallahı rayonu ərazisindəki ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Tədbiri giriş sözü ilə açan direktorumuz Mikayılov Şakir öz çıxışında Bayraq Gününün keçirilmə tarixi barədə qısa məlumat vermişdir. Tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdikdən sonra hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adından, həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra bədii hissə başlandı. Çıxış edən şagirdlərimiz dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, qonaqlara bayraq və vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi