20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi.

19 yanvar məktəbimizdə "20 Yanvar" faciəsinin 26-cı ildönümü ilə əlaqədar "İstiqlala gedən Qanlı gecə"adlı tədbir keçirildi.Tədbiri məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Şükürova Gülnarə 7b və 5d sinif şagirdləri ilə təşkil etmişdi.Tədbir Azərbaycan Dövlət himni ilə başladı.Sonra bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi.Şagirdlər "20 Yanvar" hadisəsindən öncəni və 1990-cı il 20 yanvar günü baş vermiş hadisələri səhnələşdirdilər.Tədbirdə Qanlı gecəylə bağlı slaydlar göstərildi,şeirlər və mahnılar söylənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi