“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın ilk turu keçirildi
Aprelin14-də məktəb-liseydə “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Olimpiadada məktəbin V-VI sinif şagirdləri iştirak edirdi. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan verməkdən ibarətdir.