“Novruz gəlir! Yaz gəlir!” adlı bayram şənliyi keçirildi

   Martın 19-da 166 nömrəli məktəb-liseyin həyətində “Novruz gəlir! Yaz gəlir!” adlı bayram şənliyi keçirildi. “Cəngi” sədaları altında iştirakçılar meydana yığıldı.Tədbirdə məktəb-liseyin bütün müəllim, şagird kollektivi və valideynlər də iştirak edirdilər.Məktəbin həyəti bayram adət-ənənələrinə uyğun Novruz xonçaları,səmənilər  və digər atributlarla bəzənilmişdi.Öncə məktəb-liseyin direktoru Şəmsi Qocayev bütün tədbir iştirakçılarını Novruz Bayramı münasibətilə təbrik etdi.Uşaqlar bayrama aid şeirlər səsləndirib,mahnılar ifa etdilər.Qızlar əllərində səməni rəqs etdilər.Novruzun atributu olan Kosa və Keçəl meydanda şənliyə xoş ovqat qatdı.Şagirdlər milli adət-ənənələrə uyğun səhnəciklər göstərdilər,”Qaravəlli” nümayiş etdirildi.Qızlar haxıştalar söylədilər.Sonra tədbirlərdə fərqlənən şagirdlər diplom və fəxri fərmanlarla qiymətləndirildilər.Sonda bayram tonqalı qalandı.Tonqalın ətrafında şagird və müəllimlər “Yallı” rəqsi ilə bayram şənliyini başa vurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi