Ana Yurdum

   Martın 14-də məktəb-liseyin ibtidai sinif müəllimi Abbasova Şəkər Azərbaycan dilindən “Ana Yurdum” mövzusunda “Açıq dərs” apardı.Dərsdə məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini İradə Musayeva,metodbirləşmə rəhbəri Solmaz Məhərrəmova və digər ibtidai sinif müəllimləri iştirak edirdilər.Dərs Rəşid Behbudovun “Azərbaycan” mahnısı ilə başlandı.Sonra Şəkər müəllim şagirdlərə “Nə üçün vətənimiz Ana Vətən adlanır?” tədqiqat sualı  ilə müraciət etdi.Sonra şagirdlər Şuşa,Xocalı,Lənkəran,Qəbələ qruplarına bölündülər.”Dədə Qorqud” filmindən bir kadr göstərildi və müzakirə olundu.Şagirdlər vətənə aid şeirlər səsləndirdilər.Dünyada ən əziz,əvəzolunmaz varlıq anamız olduğuna görə vətənimizi də “Ana Vətən” adlandırdıq.Sonda şagirdlər qiymətləndirildi və ev tapşırığı elan olundu.Dərs “Ana Yurdum” mahnısı ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi