Bilik yarışı keçirildi
Martın 9-da məktəb-liseyin fizika müəllimi Ülviyyə Eyvazova VIII siniflər arasında bilik yarışı keçirdi.Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Sonra fizika şeirləri,fizikanın əhəmiyyəti haqqında müzakirələr edildi.Bir-birindən maraqlı slaydlar və suallar şagirdlərin marağına səbəb oldu.Fərəcov Nicat və Rəsulzadə İlkinin hazırladığı qurğular maraqla qarşılandı.Keçirilən düstur yarışması siniflər arasında rəqabəti daha da gücləndirdi.”5 dəqiqədə kim daha çox düstur yazar?” adlı hissədə VIII a sinfi öz aktivliyi ilə seçildi,sonda VIII a sinfi qalib gəldi.