Rəqəmlərin bəhsi
Martın 1-də “Riyaziyyat aylığı”na yekun verildi.Riyaziyyat müəllimləri Şəlalə Rüstəmova və Könül Hüseynova 5-ci siniflərlə “Şən Riyaziyyatçılar” adlı tədbir keçirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.Sonra isə şagirdlər riyaziyyat elminin sənətlərdə rolunu səhnəciklərlə göstərdilər.Monitorda şən hesablamalar aparıldı.Həndəsi fiqurlara aid tapmacalar verildi.Şagirdlər “Rəqəmlərin bəhsi” mövzusunda səhnəcik göstərdilər.Tədbir məktəbimizin direktoru şair-publisist Şəmsi Qocayevin çıxışı ilə başa çatdı.