Bilik günü qeyd edildi

Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur.Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər. Bununla əlaqədar 16 sentyabr məktəbimizdə Bilik günü təntənəli şəkildə qeyd olundu.Hamı yeni dərs günündə həyəcanlı idi.Bu həyəcanı daha çox birincilər keçirirdi.Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar. Tədbirdə çoxlu qonaqlar iştirak edirdi.İcra hakimiyyətinin məsul işçisi Nurlana xanım,Rayon Təhsil işçiləri,Qaradağ rayonu Həmkarlar ittifaqının sədri Zümrüd xanım şagirdləri ilk dərs günü münasibətilə təbrik etdi."İlk zəng"vuruldu.Bütün şagirdlər sevinclə məktəbə daxil oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi