“Xocalıya ədalət” mövzusunda disput keçirildi

  Fevralın 23-də məktəb-liseyin X a və X b sinif şagirdləri  “Xocalıya ədalət” mövzusunda disput keçirdilər.Açılış olaraq məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sahibə Nəsirova çıxış etdi.Xocalı faciəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edildi.Daha sonra məktəb-liseyin tarix müəllimi Şahlar Qasımov “Xocalı hadisələri haqqında” məruzə ilə çıxış etdi.Ardınca tarixin qanlı faciəsi olan Xocalı soyqırımından görüntülər nümayiş etdirildi.Şagirdlərin ifasında müxtəlif şeirlər səsləndi.Xocalı soyqrımına dünyanın baxışı mövzusunda müzakirələr edildi.Sonda şagirdlər bir səslə “Xocalıya ədalət” şüarını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi