Ana dilim kimliyim

 

  Fevralın 21-də Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi.Tədbirdə dilimizin zənginliyinə dair gözəl fikirlər söylənildi. Şagirdlərin söylədikləri şeirlər və mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.Ulu öndərimiz Heydər Əliyevin Ana dilimizin şirinliyi haqqındakı  fikirləri  səsləndirildi. Məktəb-liseyin direktoru Şəmsi Qocayev Ana dili haqqında fikirlər söylədi və tədbiri təşkil etdiyinə 3 c sinfinin rəhbəri Leyla Hacıyevaya və 4a sinfinin rəhbəri Solmaz Məhərrəmovaya öz təşəkkürünü bildirdi.Sonda şagirdlər bayrağımızın rəmzi olan şarları musiqi sədaları altında səmaya uçurdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi