Fənlərin dostluğu

   Riyaziyyat aylığı ilə əlaqədar “Fənlərin dostluğu” adlı bilik yarışması  keçirildi. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndi. Aparıcı yarışma iştirakçılarını salamlayıb,uğurlar arzuladı.Fənlərin mübahisəsi adlı şeirlər zal iştirakçılarının marağına səbəb oldu.Mənəm-mənəm deyən fənlər hər biri özünü tərif edirdi.Sonda Ana təbiət onları sülhə səsləyib,bir araya gətirdi.Məktəb-liseyin fizika müəllimi Ülviyyə Eyvazova və riyaziyyat müəllimi Fəridə Orucova maraqlı suallar tərtib etmişdilər. Nyuton,Lütfüzadə,Pifaqor və Tusi komandalar yarışırdı.Sualların zal iştirkçılarına verilməsi yarışmaya ayrı bir coşqu qatdı.Slaydda verilən suallara tez bir zamanda cavab verməyə çalışan komandalar rəqabətə girmişdilər.Yarışma balların elan olunması ilə sona çatdı. Tusi komandası bu yarışın qalib komandası oldu.Sonda münsiflər heyəti qalib komandanı təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi