“Kütlənin ölçülməsi” mövzusunda nümunə dərsi keçirildi
Fevralın 6-da məktəb-liseyin ibtidai sinif müəllimi Sədiqə Dadaşova “Kütlənin ölçülməsi” mövzusunda nümunə dərsi keçirdi.Dərsdə məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini İradə Musayeva,metodbirləşmə rəhbəri Solmaz Məhərrəmova iştirak edirdi.Dərsin əsas məqsədi müxtəlif əşyaların kütlələrini müqayisə etmək,kütlə vahidləri arasındakı əlaqələrdən düzgün istifadə etməkdir.Sonra Sədiqə müəllim qruplara iş vərəqləri payladı.Hər bir qrup öz işini təqdim etdi və verilən məlumatlar müzakirə olundu.Şagirdlər kütləyə aid məsələlər həll etdilər.