Bilik yarışı keçirildi
Fevralın 5-də Məktəblinin Dostları VII sinif şagirdləri arasında Azərbaycan dili fənni üzrə bilik yarışı keçirdi.Bilik yarışında 10 qapalı testə-1 dəqiqə,9 açıq suala-2 dəqiqə və verilmiş sözlərdən hekayə qurulmasına isə-2 dəqiqə vaxt verildi.Şagirdlər verilmiş tapşırığı nəzərdə tutulan vaxtdan da tez yerinə yetirdilər. Sonda VII b sinfi I ,VII c sinfi II,VII a sinfi isə III yerə layiq görüldü.Qalib komandalar sertifikatlarla qiymətləndirildilər.