“Uzunluq ölçü vahidləri” mövzusunda nümunə dərsi keçirildi

    Yanvarın 25-də 2c sinfində riyaziyyat fənnindən “Uzunluq ölçü vahidləri” mövzusunda nümunə dərsi keçirdi.Sinif müəllimi Elnarə Quliyeva uzunluq ölçü vahidləri,onların insan həyatında rolu,standart ölçü vahidlərinin çevirmələri haqqında geniş əlaqələndirmə apardı.Müəllim şagirdləri 4 qrupa bölərək onları standart olmayan və qədim ölçü vahidlərimiz olan “Addım”, “Qarış”, “Arşın” və “Qulac” qrupları adlandırdı.Dərsdə qədim ölçü vahidimiz “Arşın” haqqında Üzeyir Hacıbəyovun “O olmasın,bu olsun” filmindən fraqment göstərildi.Dərs qrupların təqdimatı və dərslikdəki iş ilə davam etdirildi.Yaradıcı tətbiq etmə mərhələsində şagirdlər “Parça dükanı” adlı səhnəciklə öz fəallıqlarını göstərdilər.Demək olar ki,fəal dərsin bütün mərhələləri bu dərsdə öz əksini tapdı.Ümumilikdə dərs çox bəyənildi və maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi