“H h hərfi” mövzusunda nümunə dərsi keçirildi
Yanvarın 23-də məktəb-liseyin ibtidai sinif müəllimi Gülnarə Nəcəfova “H h hərfi” mövzusunda nümunə dərsi keçirdi.Müəllim dərsə motivasiya ilə başladı,sonra tədqiqat sualları qoydu.Qruplara iş vərəqləri paylanıldı və hər bir qrup öz işini təqdim etdikdən sonra “H h samit səsdir,sözün əvvəlində,ortasında və sonunda işlənir” nəticəsinə gəldilər.Qiymətləndirmə aparıldı,şagirdlərə ev tapşırığı olaraq “H h” səsi işlənən sözləri cümlədə işlətmək tapşırıldı.