“Biz sizdən öyrəndik qəhrəmanlığı” mövzusunda disput keçirildi

  Yanvarın  18-də 166 nömrəli məktəb-liseyin “Tarix-Coğrafiya” kafedrasının təşkilatçılığı ilə “20 yanvar”  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” mövzusunda disput keçirildi.Disput zamanı şagirdlərin iştirakı ilə hazırlanmış videoçarxlar nümayiş etdirildi. “20 Yanvar” hadisələri ərəfəsində və sonrakı hadisələr təhlil olundu,müxtəlif fikirlər irəli sürüldü. “20 Yanvar” hadisələrinin xalqımızın milli azadlıq mübarizəsi yolunda baş vermiş ən qanlı,eyni zamanda ən şanlı hadisə olduğu qeyd olundu.Şagirdlər bu hadisələrin onlarda hansı hisslərin oyatdığını,milli şüura,düşüncə tərzinə necə təsir göstərdiyini izah etdilər.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Azadlığı uğrunda canlarını,qanlarını fəda etdikləri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə disput yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi