Milli qəhrəmanlarımız and yerimizdir

   Yanvarın 18-də 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Milli qəhrəmanlarımız and yerimizdir” mövzusunda tədbir keçirildi.Tədbirdə məktəb-liseyin direktoru Şəmsi Qocayev, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin inspektoru, polis mayoru, Qarabağ müharibəsi veteranı Aidə Şirinova,məktəb-liseyin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra söz məktəb-liseyin direktoru Şəmsi Qocayevə verildi.Şəmsi müəllim 1988-ci ildə erməni separatizminin baş qaldırmasından,Qarabağ müharibəsindən,keçdiyi döyüş yolundan,20 Yanvar hadisələrindən söhbət açdı.

  Şagirdlərə Milli Qəhrəman Faiq Rəfiyev haqqında məlumat verildi və videoçarx nümayiş olundu.Sonra söz Aidə Şirinovaya verildi.Aidə xanım döyüş yolundan, 20 Yanvar faciəsindən bəhs edib şagirdlərə qəhrəmanlıq və vətənpərvərlik hislərini aşıladı.Şagirdlərin şəhidlər haqqında şeirləri dinlənildi.Şagirdlər tədbirdə iştirak edən məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə Şükürovanın şəhid qardaşı Allahverdiyev Hüseyn Xanış oğlu,texnologiya müəllimi Səbinə Hüseynovanın şəhid qardaşı Süleyman Orucov Şamil oğlunun göstərdikləri qəhrəmanlıqdan bəhs etdilər.Tədbiri təşkil etdiyinə görə məktəb-liseyin kimya-biologiya kafedrası müəllimləri Rəqibə Məmmədova və Könül Həsənovaya təşəkkür edirik.

  Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi