Qanlı Yanvar
Yanvarın 12-də məktəb-liseyin tarix müəllimi Könül Quliyeva 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş dərs keçirdi.Şagirdlər şəhidlər haqqında şeirlər səsləndirdi və hazırladıqları plakatları, təqdimatları nümayiş etdirdilər.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu günü-faciəni şagirdlərimiz həm hüznlə,həm də uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduğumuz gün kimi yad etdilər.
Sonda məktəbimizin adını daşıyan Qarabağ müharibəsində həlak olmuş Milli Qəhrəmanımız Faiq Rəfiyevi xatırlayaraq büstü üzərinə qərənfil düzdülər.