“Asiyanın daxili suları” mövzusunda nümunə dərsi keçirildi
Yanvarın 10-da məktəb-liseyin coğrafiya müəllimi Gülnarə Qafarova IX e sinfində “Asiyanın daxili suları” mövzusunda nümunə dərsi keçirdi.Dərs motivasiya ilə başlandı,dialoq və sual-cavab vasitəsilə dərslikdə verilən informasiya müzakirə olundu.Çaylar və göllər xəritədə göstərildi.Qruplar üzrə test tapşırıqları həll edildi.Dərsdə fəal iştirak edən şagirdlər müəllim tərəfindən qiymətləndirildi.