Bir ağacın hekayəsi

  Dekabrın 25-də məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Şükürova IX b sinfində Azərbaycan dili fənnindən “Bir ağacın hekayəsi” mövzusunda açıq dərs keçirdi.Qonaq qismində mövzunun müəllifi Vüqar Adilov,məktəb-liseyin direktoru Şəmsi Qocayev,direktor müavini Xanım Xəlilova  və dil  müəllimiləri iştirak edirdilər.Dərsin başlanğıcında Od, Su, Torpaq, Hava qrupları şeirlə özlərini təqdim etdilər. “Ana təbiətin uşaqlara məktubu” video roliki ilə dərs başlandı.Video rolikə baxıldıqdan sonra şagirdlər sual-cavab olundu. Klaster üsulundan istifadə edərək atalar sözləri tamamlandı və mövzuya giriş olundu. Tədqiqat sualı verildi. Şagirdlər sual-cavab edildi və iş vərəqlərində tədqiqat davam etdirildi. Sonra qəzet və krossvordların təqdimatı oldu. Qrupların təqdimatı dinlənildikdən və müzakirələr edildikdən sonra nəticə və ümumiləşdirilmələr aparıldı. Şagirdlər fərdi və qrup şəklində qiymətləndirildilər. Sonda ev tapşırığı olaraq “Mənim üçün təbiət hər şeydən qiymətlidir” mövzusunda inşa yazı verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi