Gənclərin dünyaya baxışı

  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının   Qaradağ Rayon Komitəsi Qaradağ rayon məktəbləri arasında "Gənclərin dünyaya baxışı" adlı müsabiqə keçirdi.Müsabiqənin yekunu olaraq 166 nömrəli məktəb-liseyin komandası I yerə layiq görüldü. Qalib gələn X və XI sinif şagirdləri kubok,medal,diplom və hədiyyələrlə təltif olundular. Yarışdan qalibiyyətlə dönən komanda üzvlərini məktəb-liseyin direktoru Şəmsi Qocayev qəbul edərək onlarla xatirə şəkilləri çəkdirdi və belə müsabiqələrin gənclərin dünyagörüşündəki rolundan söhbət açdı. Komandamızın hər bir üzvünü təbrik edir və uğurlarının davamlı olmasını diləyirik!!!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi