Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə tədbir keçirildi

  Dekabrın 16-da məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Mehdiyeva dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə tədbir keçirdi.Öncə şagirdlər  Molla Pənah Vaqifin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdilər və videoçarx nümayiş olundu.Şagirdlər şairə məxsus şeirlər,gözəlləmələr,təcnislər,ictimai motivli şeirlər söyləyib,şairin sözlərinə yazılmış “Durnalar”,”Sonalar kimi”,”Toy adamları”mahnılarını səsləndirdilər.Sonra “Vaqiflə Vidadinin deyişməsi”ni,”Vaqif” dramından Vaqifin oğlunun toyunu,”Bayram oldu…” şeirini səhnələşdirdilər.Məktəb-liseyin Azərbaycan dili müəllimi Qəşəng Əhmədxanova şairin gözəlləmələri,Sahibə Nəsirova “Səfər”təəssüratları,tarix müəllimi Şahlar Qasımov şairin ictimai motivli şeirləri barədə məlumat verdilər və şagirdlərin ifasında həmin mövzularda şeirlər səsləndi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi