“Azərbaycanda əhalinin təsərrüfatı və məşğuliyyəti”mövzusunda nümunə dərsi keçirildi
Dekabrin 14-də məktəb-liseyin tarix müəllimi Akif Həsənov “Azərbaycanda əhalinin təsərrüfatı və məşğuliyyəti”mövzusunda nümunə dərsi keçirdi. Dərsin əsas məqsədi Azərbaycanda əhali arasında ən qədimməşğuliyyət kimi əkinçilik, maldarlıq, ticarət və sənətkarlığın müxtəlif növlərinin yaranmasını göstərmək idi. Sinif Odlar Yurdu, Azərbaycan, Gənc dilçilər və Atəş qruplarına bölündülər. Şagirdlərin hazırladığı slayd nümayiş olundu. Dərsin sonunda qruplar qiymətləndirildi.