Qlobal ekoloji problemlər

 Dekabrın 14-də məktəb-liseyin biologiya müəllimi Həsənova Könül IX b sinfində Həyat bilgisi fənni üzrə “Qlobal ekoloji problemlərin həlli”mövzusunda nümunə dərsi apardı.Könül Həsənova şagirdlərə ətraf mühitin qorunması müasir dövrün qlobal problemlərindən biri kimi bəşəriyyətin daim diqqət mərkəzində olduğunu vurğuladı.IX b sinif şagirdləri qlobal ekoloji problemlərə yol açan faktorlar və onların aradan qaldırılması istiqamətində öz təkliflərini irəli sürdülər.Bu mövzu ilə bağlı təqdimatlar,slaydlar və videoroliklər nümayiş etdirdilər.Şagirdlər öz əl işləri ilə tullantıları sənətə çevirməyin mümkün olduğunu göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi