“Elastiki qüvvə və Huk qanunu”mövzusunda nümunə dərsi keçirildi
Dekabrın 11-də məktəb-liseyin fizika müəllimi Ülviyyə Eyvazova VII b sinfində “Elastiki qüvvə və Huk qanunu”mövzusunda nümunə dərsi keçirdi.Şagirdlərin praktik yolla biliyini artırmaq üçün dinamometrlə qüvvəni,yayın uzanmasını xətkeşlə ölçülməsi tapşırığı yerinə yetirildi.Deformasiya zamanı yaranan elastiki qüvvənin yaranma səbəbləri öyrənildi və ətraf aləmlə əlaqələndirildi.Şagirdlər hər mərhələdə aktiv iştirak edirdilər.Yaradıcı tətbiqetmə mərhələsində də ağırlıq və elastiki qüvvəyə aid məsələlər həll edərək bu qüvvələri fərqləndirdilər.Sonda hər bir qrup iştirakçısı qiymətləndirildi.