Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi
Dekabrın 12-də məktəb-liseydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi.Tədbirdə məktəb-liseyin direktoru Şəmsi Qocayev,müəllimlər və V a, V b, VI b sinif şagirdləri iştirak edirdilər.Öncə Ulu Ö ndərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəb-liseyin direktoru Şəmsi Qocayev Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışaraq,sözü şagirdlərə verdi.Şagirdlər milli liderimizə həsr olunmuş şeirlər söylədilər və videoçarx nümayiş olundu. Tədbiri hazırladığına görə məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Nuriyevaya təşəkkür edirik.