ULU BIR SƏRKƏRDƏ,ULU BIR ÖNDƏR

   Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar məktəb-liseydə ULU BIR SƏRKƏRDƏ,ULU BIR ÖNDƏR”adlı anım mərasimi keçirildi.Mərasimdə məktəb-liseyin müəllim,şagird kollektivi və valideynlər iştirak edirdilər.Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Tədbiri giriş sözü ilə açan məktəb-liseyin tarix müəllimi İlhamiyyə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında  geniş nitq söylədi və  Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Şagirdlər Heydər Əliyev haqqında şeirlər ,mahnılar səsləndirdilər.Sonra söz məktəb-liseyin direktoru Şəmsi Qocayevə verildi.Şəmsi müəllim görkəmli dövlət xadimi və müdrik siyasətçi,dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan şərəfli ömür yolundan Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi