Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirildi

   Dekabrın 12-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında Ulu Öndərin vəfatının 14-cü ildönümü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklilqoyma mərasimi keçirildi. Mərasimdə məktəbimizin direktoru Şəmsi Qocayev, müəllimlərimiz və yuxarı sinif şagirdləri də iştirak edirdilər. Əvvəlcə mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önündə əklil və gül dəstələri düzdülər. Daha sonra rayonun idarə,müəsisə və təşkilat rəhbərləri ardıcıl olaraq dahi lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.Bununla da mərasim sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi