“Gürzə” mövzusunda nümunə dərsi keçirildi
Dekabrın 11-də məktəb-liseyin Azərbaycan dili müəllimi İlhamə Mehdiyeva VII c sinfində “Gürzə” mövzusunda nümunə dərsi apardı.Şagirdlər “Gürzə” mövzusunu səhnələşdirmək üçün Rollu oyundan istifadə etdilər.Borya həyətlərində tapdığı gürzəni terrarium üçün aparırdı.Qatarda gürzə itir və sərnişinlər təlaşa düşürlər.İlandan qorxan sərnişinlər onu öldürmək istəyirlər,amma heyvanlara və uşaqlara qayğı buna imkan vermir. Dərsin əsas məqsədi uşaqlarda heyvanlara qarşı sevgi və qayğını artırmaq idi.