Ana məhəbbəti

   Dekabrın 8-də məktəb-liseyin ibtidai sinif müəllimi Tamilla Mustafayeva 2ə sinfində ru dili fənnindən “Любовь,тепло и нежность.Семь  дочерей» mövzusunda açıq dərs apardı.Dərsdə məktəb-liseyin ibtidai siniflər üzrə direktor müavini İradə Musayeva və metodbirləşmə rəhbəri Solmaz Məhərrəmova iştirak edirdi.Öncə Tamilla Mustafayeva şagirdləri ədəbi qəhrəmanlarla tanış etdi və ana məhəbbətini,qayğısını  və bu hislərin gözəlliyini onlara aşıladı.Şagirdlərin ifasında ana məhəbbətini əks etdirən mahnı səsləndi. Tamilla Mustafayeva şagirdlərlə birlikdə lövhədə çobanyastığı ləçəklərindən “Günəş” düzəltdilər və günəş şüası ilə ana məhəbbətinin ümumi cəhətlərini söylədilər.Sonra şagirdlər qruplara bölündü. Müəllim şagirdlərə çobanyastığı ləçəklərini payladı.Nağıldakı qızların və ümumiyyətlə evdə uşaqların analarına necə kömək etmələri müzakirə olundu.Daha sonra “Az danış,çox iş gör” atalar sözünün izahını kartondan hazırlanmış ləçəklərə  yazmağı tapşırdı. Qrupların cavabları müzakirə olundu.Sonda şagirdlər belə bir nəticəyə gəldilər ki, insan sevgisiz,qayğısız yaşaya bilməz və insan  özü də başqalarına qarşı eyni hissləri aşılamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi