Direktoryanı müşavirə keçirildi

   Bu gün məktəb-liseyin direktoru Şəmsi Qocayevin sədrliyi ilə “Ana dili və ədəbiyyat aylığı”nın gedişinə həsr olunmuş direktoryanı müşavirə keçirildi. Müşavirədə təlim dilləri kafedrasının əməkdaşları və direktor müavinləri iştirak etdilər. İlk öncə təlim dilləri kafedrasının müdiri Sahibə Nəsirovanın hesabatı dinlənildi. O, aylığın I yarısı üçün nəzərdə tutulmuş tədbirlərin keçirilməsi və aylıq çərçivəsində görülmüş işlərdən danışdı. Kafedranın əməkdaşı Baharə Nuriyeva çıxış edərək fənn bülletenlərinin əhatə mövzularını təhlil etdi. İlhamə Mehdiyeva çıxışında dilin təbliği və sevdirilməsi üçün istifadə olunan materialların seçimi məsələsinə toxundu. Məktəb-liseyin direktoru Şəmsi Qocayev aylığın uğurlu davamı üçün qarşıda duran vəzifələri izah edərək bu sahədə məktəb-valideyn əlaqələrinin inkişafı üçün optimal yolları izah etdi və rus dili müəllimlərinin də aylıqda fəal iştirakının vacibliyini vurğuladı. Sonda qərara alındı ki, aylıq dilin öyrənilmə səviyyəsini monitorinqlər vasitəsilə müəyyənləşdirmək yolu ilə davam etdirilsin. Paralel olaraq ədəbi-bədii gecələrin keçirilməsi, disputların və oxucu konfranslarının təşkili məqsədə müvafiq bilindi. Həmçinin qərarara alındı ki, aylığın sonunda Ana dilinin öyrənilməsi metodikasına dair elmi-praktik konfrans keçirilsin. Bu məqsədlə müvafiq tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi