Dilimiz-varlığımızdır

Dekabrın 5-də məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Naibə Cəfərova “Dilimiz-varlığımızdır” adlı tədbir keçirdi.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı.Sonra Naibə xanım çıxış edərək,Azərbaycan dilinin tarixi zənginliyi haqqında məlumat verdi.Sonra mərhum prezidentimiz Ulu öndər Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışından videoçarx nümayiş olundu.Şagirdlər dilimizin şirinliyi haqqında fikirlər söyləyib,şeirlər səsləndirdilər.Şagirdlərin Məmməd Səid Ordubadinin “Ana dili” felyetonundan hazırlanmış səhnəciyi nümayiş olundu.Sonra söz məktəb-liseyin direktoru Şəmsi Qocayevə verildi.Şəmsi müəllim dilimizi qorumağı,sevməyi,yaşatmağı hər birimizin borcu olduğumuzu bildirdi.Tədbirin təşkilinə görə Naibə xanıma öz təşəkkürünü bildirdi və məktəb-liseyin tədbirlərində iştirakına görə şagirdləri diplomlarla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi