Sən bir nəğmə,mən bir nəğmə

Məktəb-liseyin musiqi  müəllimi Gülmirə Kərimovanın təşkilatçılığı ilə xalq artisti,ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və təbliğində dəyərli töhfələr vermiş mahir muğam və mahnı ifaçısı Şövkət Ələkbərovanın 95 illik yubileyi ilə əlaqədar “Sən bir nəğmə,mən bir nəğmə” adlı tədbir keçirildi.Öncə Şövkət Ələkbərovanın keçdiyi həyat yolu barədə videoçarx nümayiş olundu.Gülmirə xanım çıxış edərək,ona bu şəraiti yaratdığına görə məktəb-liseyin direktoru Şəmsi Qocayevə minnətdarlığını bildirdi və sözü şagirdlərə verdi.Şagirdlər Şövkət Ələkbərovanın ifa etdiyi mahnıları “Vətən” qrupunun və Gülmirə Kərimovanın müşayəti ilə oxudular.Hər birinin ifası alqışlarla müşayət olundu.Sonra söz məktəb-liseyin direktoru Şəmsi Qocaya verildi.Şəmsi müəllim Şövkət Ələkbərovanın milli musiqi tariximizdə qoyduğu izdən danışdı və tədbirin təşkilinə görə Gülmirə Kərimovaya,şagirdlərin hər birinə təşəkkür etdi və musiqi proqramı öz axarı ilə davam etdi.Sonda Gülmirə müəllim şagirdlərin hər birinə kiçicik hədiyyələrlə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi