FƏNN OLİMPİADALARININ I (MƏKTƏB) TURU BAŞA ÇATDI

Məktəb-liseyin Fəaliyyət planına uyğun olaraq 26 noyabr 2017-ci il tarixdə VII-XI sinif şagirdlərinin iştirakı ilə fənn olimpiadalarının I( məktəb) turu keçirildi. Ciddi hazırlıq mərhələsindən sonra bilik yarışına qatılmaq istəyən bütün şagirdlərə bu şərait yaradıldı. Saat 10:00-da məktəb-liseyin direktoru Şəmsi Qocayev olimpiadanaın başlandığını elan etdi və bütün iştirakçılara uğur dilədi.Olimpiada 2 saat davam etdi. Olimpiadanın I turunda 12 fənn üzrə 135 nəfər şagird öz biliklərini yoxlamaq imkanı qazandı. Qeyri-ixtisas müəllimlərinin nəzarəti ilə aparılan yazı işləri sonda yoxlayıcı komissiyanın üzvlərinə verildi. Nəticələr gələn həftə elan ediləcək və qaliblər olimpiadanın II turuna vəsiqə qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi