Anım tədbiri

Noyabrın 21-də 2b sinfində Ağdam rayonunun Mərzli kəndi ərazisində erməni hərbi dəstələrinin Azərbaycan hərbi helikopterini vurmasının anım tədbiri qeyd olundu.Tədbirdə məktəb-liseyin direktoru Şəmsi Qocayev,müavinlər Xanım Xəlilova,İradə Musayeva,İlahə Haqverdiyeva və Məktəblinin dostları iştirak edirdilər.Tədbiri sinif müəlliməsi Şəhla Mustafayeva açaraq helikopterdə həlak olanlar haqqında məlumat verdi.Daha sonra şagirdlər bir dəqiqəlik sükutla qəzada və ümumilikdə həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şagirdlərin şəhidlərə  həsr olunmuş şeirləri dinlənildi və videoçarx nümayiş olundu.Şagirdlər şeirlərini səsləndirdikdən sonra həlak olanların şəkillərinin önünə qərənfil dəstələri qoydular.Sonda cənab leytenant mahnısı səsləndi və şagirdlər torpaqlarımızın bir qarışını heç kəsə verməyəcəklərini and içərək söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi