Müstəqillik tarixi

Noyabrın 15-də Milli Dirçəliş Günü ilə əlaqədar VII b sinfində şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək,onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə tədbir keçirildi.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini İlahə Haqverdiyeva,məktəb-liseyin tarix müəllimləri Akif Həsənov,İlhamiyyə Mehdiyeva və Məktəblinin dostları iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı.Tədbirdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli dirçəliş günü haqqında məlumat verildi,videoçarx nümayiş olundu.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi