MÜƏLLİMİN 60 İLLİK YUBİLEYİ QEYD EDİLDİ

Noyabrın 8-də 166 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Xanlar Pircanovun 60 illik yubileyi kollektiv tərəfindən qeyd edildi. Məktəb-liseyin direktoru Şəmsi Qocayev yubilyarı təbrik edərək 60 illik ömrün 40 ilini gənc nəslin təlim-tərbiyəsinə, fiziki cəhətdən sağlam yetişməsinə həsr edən Xanlar müəllimə kollektivin xoş arzularını çatdırdı, uzun müddətli səmərəli pedaqoji fəaliyyətinə və anadan olmasının 60 illiyi münasibətilə onun diplomla təltif edildiyini elan etdi. Daha sonra diplom və hədiyyəylər yubilyara təqdim edildi, onunla xatirə şəkilləri çəkdirildi.Xanlar Pircanov çıxış edərək kollektivin bütün üzvlərinə öz minnətdarlığını bildirdi. Pedaqoji kollektiv olaraq Xanlar müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və səmərəli pedaqoji fəaliyyət arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi