DÖRDÜNCÜLƏRİN BAYRAM TƏDBİRİ

   Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr edilmiş silsilə tədbirlərin estafeti noyabrın 8-də IV sinif şagirdlərinin ixtiyarında idi. Onlar öz müəllimlərinin rəhbərliyi ilə hazırladıqları bir-birindən gözəl səhnələrlə Azərbaycan Respublikasının Dövlət bayrağı Gününə ayrı bir rəng qatdılar. Bayrağımızın rənglərini özündə təcəssüm etdirən rəngli parçalarla göstərdikləri səhnələr, oxuduqları vətənpərvərlik mahnıları, rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. İbtidai sinif müəllimləri Solmaz Məhərrəmova, Zivər Ağakişiyeva və Validə Muxtarovanın rəhbərliyi ilə hazırlanmış tədbiri yüksək qiymətləndirən direktor Şəmsi Qocayev sonda dördüncülərlə xatirə şəkilləri çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi