Bayraq mənliyimdir, bayraq qeyrətim

     Noyabrın 1-dən etibarən məktəb-liseydə Dövlət Bayrağı gününə həsr edilən silsilə tədbirlər noyabrın 7-də də davam etmişdir. Bu gün keçirilən tədbirdə Qaradağ Rayon İcra Haklimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Təranə İsmayılova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin inspektoru, polis mayoru Aidə Şirinova iştirak etmişdir. IV sinif şagirdlərinin fləşmobu ilə başlayan tədbir daha sonra Şəmsi Qocanın ssenarisi əsasında coğrafiya müəllimi Aytən Həsənovanın hazırladığı “Bayraq mənliyimdir, bayraq qeyrətim”adlı ədəbi-bədii kompozisiya ilə məktəb-liseyin akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru şagirdləri, müəllimləri və qonaqları təbrik etdi. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini Təranə İsmayılova bu günün tarixindən, onun Azərbaycan xalqının həyatında oynadığı roldan söhbət açdı. Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin inspektoru, polis mayoru, Qarabağ müharibəsi veteranı Aidə Şirinova bu aylı, ulduzlu bayraq uğrunda canlarından keçən Vətən övladlarını andı, bayrağımızın müqəddəsliyindən bəhs edən şeir söylədi. Şagirdlərin ifasında Azərbaycan bayrağına həsr olunmuş mahnılar və şeirlər tədbir iştirakçılarında dərin təəssürat oyatdı. Dahi Üzeyir bəyin “Çırpınırdın, Qara dəniz” mahnısını bütün zal ifa etdi. Tədbirin sonunda məktəb-liseyin direktoru məktəbin ictimai həyatında fərqlənən şagirdləri və müəllimləri diplomlarla təltif etdi, belə gözəl tədbir hazırladığına görə məktəb-liseyin coğrafiya müəllimi Aytən Həsənovaya təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi